“Yaşıl” limanların vahid sistemi yaradılacaq

“Yaşıl” limanların vahid sistemi yaradılacaq
  05 May 2020    Oxunub:2722
Bu gün Xəzər Avropa Klubu (Caspian Energy Club) tərəfindən keçirilən “B2B Transport Forum”un proqramı çərçivəsində onlayn konfransı baş tutub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən iclasda Baş direktorun müavini Əkbər Kərimov iştirak edib.
Bu barədə Azvision.az -a Bakı Limanından məlumat verilib.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyasi ilə mübarizə çərçivəsində limanda həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Həmçinin iclas zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakı Limanının təşəbbüsü ilə həyata keçirilən ATƏT-in "Xəzər dənizi regionunda "yaşıl" limanların və bağlılığın təşviqi" layihəsi barədə ölkəmizə nə qədər əhəmiyyətli olduğu ilə əlaqədar məlumat verib.

Bundan başqa, Əkbər Kərimov onlayn konfransın iştirakçılarına layihənin hazırkı vəziyyəti, mövcud platformalarla layihə çərçivəsində vahid bir sistemin yaradılması barədə məlumat verib.

Azvision.az


Teqlər: Bakı-Limanı  





Xəbər lenti