“Bakinskaya-6” gəmisi əsaslı təmir olunub

“Bakinskaya-6” gəmisi əsaslı təmir olunub
  05 May 2020    Oxunub:3097
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “Bakinskaya-6” gəmisi əsaslı təmir edilib.
ASCO-dan Azvision.az -a bildirilib ki, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Proses zamanı baş mühərriklər, nasoslar, yağ və su soyuducuları, hava balonlarının armaturları, gəminin boru sistemləri, sanitar qovşaqları təmir edilib. Bundan başqa yaşayış otaqlarında yeni mebellər quraşdırılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları sazlanıb. Eyni zamanda, istifadə müddəti başa çatmış iki ədəd “6Ч 18/22” tipli köməkçi mühərrik müasir tipli “CCFJ150J- WU, 150 кВт, 1500 d/d, 400В ,50Hz” dizel generatorla əvəzlənib.

“Bakinskaya-6”nın mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra dəniz sınağından keçirilib. Gəmi registr təsnifatı nümayəndələrinə təhvil verilib. “Bakinskaya-6” gəmisi dibdərinləşdirilmə işləri zamanı dənizdən çıxarılmış palçıq, qum, gil qatışıqlarının xüsusi təyin olunmuş əraziyə aparılıb boşaldılması üçün istifadə edilir.

Azvision.az


Teqlər: ASCO   Gəmi   Təmir  





Xəbər lenti