“Kapital Bank”ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal ID-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda, istehlakçı “BirBank” mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək çəkin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala yükləyə bilər. “QR Pay” xidmətindən yararlanmaq üçün həm portal, həm də “BirBank” eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. İstifadəçi toplanan vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Qeyd edək ki, yanacaqdoldurma məntəqələri daxil olmaqla neft-qaz məhsullarına görə edilən ödənişlərə görə ƏDV geri qaytarılmır. Həmçinin “Kapital Bank” tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq olunmur.
ƏDV-nin qaytarılması ilə bağlı video təlimat: “www.youtube.com/watch?v=9r52-BqCI_U”
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 1 milyondan çox istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, yerində digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanması və sair. Ətraflı məlumat üçün “www.birbank.az” və ya 196 Məlumat mərkəzi.
Azvision.az
Teqlər: Kapital-Bank ƏDV