Lənkəranda yol kənarında yeni doğulmuş körpə tapılıb

  03 May 2020    Oxunub : 2955
 Lənkəranda yol kənarında yeni doğulmuş körpə tapılıb
Lənkəranın Liman qəsəbəsinin Mirzə Ələkbər Sabir küçəsində, dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında yeni doğulmuş körpə aşkar edilib.
Körpəni 1972-ci il təvəllüdlü Camal Kazımov tapıb. O, heyvanları örüşə aparıb evə qayıdarkən dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında bağlama görüb.

Evdə yaşayış olmadığını bildiyi üçün qapı qarşısında qoyulan kağızdan olan qutu onun diqqətini çəkib. Qutunu açanda içərisində qalın örtüyə bürünərək yatan körpəni görüb.

C.Kazımov körpəni evə gətirib, yuduqdan sonra Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib. Atılmış körpə polis əməkdaşlarının iştirakı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib.

Xəstəxanadan körpənin təxminən bir həftəlik qız uşağı olduğu bildirilir. Körpənin vizual müayinəsi aparılıb, vəziyyəti orta ağırdır.

Hazırda körpənin səhhəti həkimlərin nəzarətdədir. Faktla bağlı araşdırmalar aparılır. (AzərTAc)

Azvision.az

Teqlər: Lənkəran   Körpə