Naxçıvanda nağdsız ödənişlər 36 dəfədən çox artıb

Naxçıvanda nağdsız ödənişlər 36 dəfədən çox artıb
  03 May 2020    Oxunub:4226
1 yanvar 2014- cü il tarixə muxtar respublika ərazisində 248 POS-terminal aparat quraşdırılmışdırsa, 1 aprel 2020-ci il tarixə POS-terminalların sayı 1278-ə çatdırılıb.
Azvision.az -ın məlumatına görə, ödəniş kartlarının sayı 1 yanvar 2014-cü il tarixlə müqayisədə 1 aprel 2020-ci il tarixə 87711 ədəd artımla 270783 ədəd təşkil edib.

Bundan əlavə, olaraq iri ticarət mərkəzlərində, əhalinin daha çox sıx toplaşdığı və buna oxşar digər ərazilərdə kommunal xərclərin və digər xidmət haqlarının ödənilməsi məqsədilə 63 ədəd ödəniş terminallarının quraşdırılması təmin edilib.

Nağdsız ödənişlərin inkişafı üçün yaradılan lazımi infrastruktur və maarifləndirici, həvəsləndirici tədbirlərin həyata keçirilməsi əhalinin elektron ödənişlərdən daha aktiv istifadəyə sövq edib. Bunun nəticəsidir ki, internet və POS-terminallar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi muxtar respublika üzrə 2013-cü ilin dekabr ayında 218.605 manat təşkil edirdisə, 2020-ci ilin mart ayında bu göstərici 36 dəfədən çox artaraq 7.876.608 manata çatıb.

Azvision.az


Teqlər: Naxçıvan   Nağdsız   Ödəniş  





Xəbər lenti