Pandemiyanın iqtisadiyyata təsirləri müzakirə olundu

Pandemiyanın iqtisadiyyata təsirləri müzakirə olundu
  01 May 2020    Oxunub:4052
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatı qlobal pandemiya, islahatlar və postpandemiya dövründə” mövzusunda videokonfrans keçirilib.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a bildirilib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və onların azaldılması məqsədilə görülən işlərə həsr olunmuş onlayn tədbirdə müvafiq dövlət qurumlarının, hazırda ölkəmizdə fəaliyyətdə olan, eləcə də Azərbaycan bazarına maraq göstərən ABŞ şirkətlərinin, Azərbaycanın ABŞ-dakı və ABŞ-ın ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev çıxış edərək koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, kiçik və orta sahibkarlığa təsirləri, həyata keçirilən dövlət dəstəyi tədbirləri, postpandemiya dövründə atılacaq addımlar barədə məlumat verib, sualları cavablandırıblar.

Azvision.az


Teqlər: Koronavirus   İqtisadiyyat  





Xəbər lenti