Prezident “Aqrolizinq” ASC-yə 28 milyon manat ayırdı

Prezident “Aqrolizinq” ASC-yə 28 milyon manat ayırdı
  30 Aprel 2020    Oxunub:3475
Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər veirr ki, Sərəncama əsasən taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya ehtiyacını ödəmək məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.1-ci yarımbəndində göstərilmiş 28,0 (iyirmi səkkiz) milyon manat “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti