Bakı-Sumqayıt istiqamətində avtobusların sayı artırılıb
Onun sözlərinə görə, bəzi iş yerlərinin açılması ilə əlaqədar Bakı-Sumqayıt, Bakı-Xırdalan və əks istiqamətlərdə sərnişin sıxlığı qismən artıb.
"Bundan əvvəl sərnişin axınının azalması ilə bağlı avtobusların da sayı da azaldılmışdı. Artıq həmin istiqamətlər üzrə avtobusların sayı bərpa edilib. Hazırda Bakı-Sumqayıt istiqamətində olan daşımalarda 33 avtobus fəaliyyət göstərir və sərnişindaşımada heç bir sıxlıq müşahidə olunmur", - deyə qurum rəsmisi bildirib.
Azvision.az