Azərbaycan üç ayda ən çox Rusiyaya məhsul ixrac edib

Azərbaycan üç ayda ən çox Rusiyaya məhsul ixrac edib
  29 Aprel 2020    Oxunub:3517
Cari ilin yanvar-mart aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul göndərib.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Qazaxıstan olub.

Rusiyaya ixrac olunan məhsulların dəyəri 104,2 milyon ABŞ dolları, Ukraynaya 94,9 milyon dollar, Qazaxıstana isə 8,2 milyon dollar təşkil edib.

Azvision.az



Teqlər: Məhsul   İxrac  





Xəbər lenti