“İnfeksiyanın yenidən baş qaldırması mümkündür” - Cəlal İsayev
C.İsayevin sözlərinə görə, tövsiyələrə dəqiqliklə əməl etmək vacibdir. Əks halda infeksiyanın təkrarən baş qaldırması mümkündür. Əgər vətəndaşlar bu dövrün qalmasını istəyirlərsə, təklif olunan bütün tövsiyələrə riayət etmələri şərtdir.
"Bu virus hava-damcı infeksiyasıdır. Hava-damcı yolu ilə yayılması epidemioloji cəhətdən çox təhlükəlidir. Digər yollarla, yəni əllə təmas vasitəsilə, qida vasitəsilə də yayıla bilər. Lakin əsas hava-damcı yolu ilə yayılır. Ona görə də insanların təcrid olunması, kütləvi toplanma yerlərinə getməməsi, maskadan istifadə etməsi zəruridir. Xüsusən təcrid olunmağa diqqət yetirilməlidir. Hər kəs başqa insanlarla təmasdan çəkinməlidir. Əks halda xəstəliyin yayılma ehtimalı var və təkrar baş qaldırması müşahidə oluna bilər. Əgər yumşaldılma tədbirlərinin qalmasını, virusun yayılmasının qarşısını almaq istəyiriksə, tövsiyələrə əməl etmək vacibdir. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, karantin tədbirlərinin tez yumşaldılması, tez aradan qaldırılmasını istəyirlərsə, Operativ Qərargahın tövsiyələrinə ciddi riayət etsinlər. Özümüzü və yaxınlarımızı qorumaq üçün buna məcburuq", - deyə C.İsayev qeyd edib.
Azvision.az
Teqlər: Cəlalİsayev