Hövsanda güzəştli mənzillərin satışına başlanılır

Hövsanda güzəştli mənzillərin satışına başlanılır
  28 Aprel 2020    Oxunub:2929
Yaxın vaxtlarda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.
Mənzil İnşaatı Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.

Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra hovsan.mida.gov.az səhifəsində “Mənzillər” bölməsi aktivləşdiriləcək.

İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

Azvision.az


Teqlər: MİDA  





Xəbər lenti