111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb
Azvision.az xəbər verir ki, bunu Palata sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.
V.Gülməmmədov, həmçinin qeyd edib ki, 2019-cu ildə 111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb. İntizam tənbehi ilə bağlı təkliflər müvafiq mərkəzi icra aparatlarına təqdim olunub.
Palata sədri əlavə edib ki, 2019-cu ildə ilk dəfə palata monitorinq fəaliyyəti həyata keçirib. Bundan başqa, dövlət satınalmaları ilə bağlı 5 iş respublika prokurorluğuna göndərilib.
Azvision.az
Teqlər: Vəzifəli-Şəxs Hesablama-Palatası