Arıçılıqla məşğul olmaq istəyən qadınlar üçün imkan yaradılıb
Zaqatala Qadın Resurs Mərkəzi “Sahibkarlığa və Məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) əməkdaşlığı və Amerika İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə 2018-ci ildən fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi kəndli qadınların iqtisadi və sosial cəhətdən gücləndirilməsidir. Bu layihə çərçivəsində daha 2 mərkəz Masallı və Xaçmaz rayonlarında fəaliyyət göstərir.
Qeyd edək ki, Mərkəz təkcə qadın sahibkarlığının inkişafına dəstək göstərmir, eləcə də, ailədə bərabərliyə nail olunmasına, qadının cəmiyyətdə nüfuzunun artmasına kömək edir. Zaqatala Qadın Resurs Mərkəzi kompüter və internetə çıxış, təqdimat bacarıqları, maliyyə savadlığı və biznesin inkişafı üzrə təlimlər, evdən xaric əlverişli sosial məkan kimi müxtəlif xidmətlər göstərir. Hal-hazırda Mərkəzin 200-dən çox qadın üzvü var.
Ümumilikdə, ölkəmizdə 9 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir və şəbəkəyə 3000-dən artıq fəal qadın cəb edilib.
Azvision.az
Teqlər: Zaqatala