Azərbaycanda nə qədər donuz və qoyun var?

Azərbaycanda nə qədər donuz və qoyun var?
  28 Aprel 2020    Oxunub:4552
2020-ci ilin yanvar-mart ayının statistik göstəricilərinə əsasən, ölkədə 5583 baş donuz var. Ötən ilin müvafiq dövründə bu rəqəm 5890 olub.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cari ilin I rübünün məlumatlarına əsasən, Azərbaycanda 8 milyon 385 min 969 qoyun və keçi var.

Bundan əlavə, ölkədə 2 milyon 658 min 323 baş iribuynuzlu mal-qara var ki, bunun da 1 milyon 284 min 946-sı inək və camışlardır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Donuz   Keçi   Camış  





Xəbər lenti