Rusiyada 400-ə yaxın hamilə qadın koronavirusa yoluxdu

   Rusiyada 400-ə yaxın hamilə qadın koronavirusa yoluxdu
  27 Aprel 2020    Oxunub:3526
Rusiyada yüzlərlə hamilə qadın koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təkcə paytaxt Moskvada 276 hamilə qadın COVID-19 daşıyıcısıdır.

"Hazırda Rusiyada koronavirusa 394 hamilə qadın virusa yoluxub. Xoşbəxtlikdən onların hamiləliyi nisbətən asan və ciddi fəsadlar olmadan keçir", - deyə Rusiya Səhiyyə Nazirliyindən bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hamilə   Koronavirus  





Xəbər lenti