Əfqanıstanda `Taliban` üzvləri ilə atışma: 15 ölü

Əfqanıstanda `Taliban` üzvləri ilə atışma: 15 ölü
  05 Yanvar 2014    Oxunub:1000
Əfqanıstanda "Taliban" üzvləri ilə polis arasında atışma: 15 ölü.
Əfqanıstanın Qəzni vilayətində "Taliban" üzvlərinin polis məntəqəsinə hücumu nəticəsində 15 talib öldürülüb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında 5 Pakistan vətəndaşı da var.

Hadisənin baş verdiyini təsdiqləyən Qəzni təhlükəsizlik qüvvələri atışmanın dünən gecə saatlarında başladığını və səhərə qədər davam etdiyini bildirir.

"Taliban" hərəkatının sözçüsü Zəbiullah Mücahid atışmada 6 polisin öldüyünü iddia edir.

Bundan başqa, Helmand vilayətində partlayıcı quraşdırılmış 5 motosiklet aşkar olunub.


Teqlər:





Xəbər lenti