Naxçıvan əhalisinin sayı artıb

  27 Aprel 2020    Oxunub : 1789
Naxçıvan əhalisinin sayı artıb
Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi öz növbəsində demoqrafik vəziyyətə müsbət təsir göstərib, əhalinin sayı bir il öncəyə nisbətdə 3,5 min nəfər artaraq 1 mart 2020-ci il tarixə 460,1 min nəfər olub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2019-cu ildə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,5 nəfər təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir.

Azvision.az


Teqlər: Naxçıvan   Əhali