Gəncədə Nuru Paşanın bayrağı tapılıb

Gəncədə Nuru Paşanın bayrağı tapılıb
  05 Yanvar 2014    Oxunub:1531
"Evin damını torpaqdan təmizləyəndə bu bayrağı tapdım". Nuru Paşanın Gəncəyə gətirdiyi Osmanlı bayrağı tapılıb.

1918-ci il may ayının 25-də Gəncəyə daxil olmuş Qafqaz İslam Ordusunun döyüş bayrağı tapılıb.

AzVision.az xəbər verir ki, Jurnalist Nicat Dağların araşdırması zamanı üzə çıxmış bu faktla bağlı bütün deatallar və fotolar eksklüziv olaraq Lent.az-a təqdim olunub. Osmanlı dövlətinin bu bayrağı, daha doğrusu, bayrağın bir parçası hazırda Gəncə sakini Hüseynov Füzuli Əli oğlunun evində saxlanılır. F.Hüseynov Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun bacısı oğludur. Sözügedən bayraq F.Hüseynovun atası Hüseynov Əli Əmiraslan oğlu tərəfindən qorunub.

"Atam bu bayrağı evimizin damında torpağa basdırıb. 11-ci ordu Azərbaycanı işğal edəndən sonra ölkə boyu repressiyalar həyata keçirilirdi, türk bayraqları saxlanılan evlər dağıdılırmış, buna görə də camaatı incidirlərmiş. Atam bayrağı gizlədib ki, kommunistlərin əlinə keçməsin. Sonra atam bayrağı basdırdığı yeri unutdu. Bir neçə dəfə axtarsa da tapa bilmədi. Ancaq elə hey bu bayraqdan danışırdı və deyirdi ki, əgər siz tapsanız, onu göz bəbəyiniz kimi qoruyun. Bir neçə il əvvəl mən evi təmir etdirirdim. Evin damını torpaqdan təmizləyəndə bu bayrağı tapdım. Bayrağın bir hissəsi çürümüşdü. Amma qalan bu bir parça bizim üçün çox böyük bir tapıntı idi. Sanki xəzinə tapmışdıq. Həmin vaxtdan bunu qoruyub saxlayıram" - deyə, F.Hüseynov bilirib.

F.Hüseynov ehtimal edir ki, bu bayraq Nuru Paşanın Gəncədə qaldığı evin hasarından asılmış bayraqdır. Nuru Paşa Gəncədə Şeyxzamanlı qardaşlarının evində qalıb. Həmin ev sonralar sökülüb və indi həmin ərazidə müxtəlif obyektlər fəaliyyət göstərir. Amma Nuru Paşanın qaldığı evin hasarının müəyyən bir hissəsi hələ də durur və indi həmin yerdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimləri, məşhur əks-inqilabçı Şeyxzamanlıların xatirəsinə barelyef asılıb.

F.Hüseynov onu da bildirib ki, qoruyub saxladıqları tarixi əmanəti rəsmi şəkildə müvafiq qurumlara da təqdim etməyə hazırdır.


Teqlər:  





Xəbər lenti