Hotellər tibbi ləvazimatlarla təmin edilib
Hotelçilik sənayesi hər zaman turizmin inkişafında əsaslı rol oynayan bir sahə kimi hazırda yaranmış böhranlı vəziyyətlə əlaqədar öz dəstəyini əsirgəmir.
Dövlət Turizm Agentliyi hotelçilik sənayesinin nümayəndlərinə cəmiyyətimizin üzləşdiyi böhranlı vəziyyətdə sərgilədikləri nümunəvi vətəndaş mövqeyinə, insanlarımızın sağlamlığının qorunmasında göstərdikləri böyük dəstəyə görə təşəkkür edir, ictimai birliyin və sosial məsuliyyətin əhəmiyyətini anlayan sahibkarlara minnətdalığını bildirir.
Karantin rejimində istifadə olunan və istifadəyə hazırlanan hotellər tərəfindən sosial məsuliyyətə əməl olunması dövlətin bu sahədə siyasətinə birbaşa dəstəyin göstəricisi kimi qiymətləndirilir.
Azvision.az