Çindən Türkiyəyə gedən yük qatarı Bakıdan keçib
Gələcəkdə də Sian- Köseköy marşrutu üzrə qatarların daim işləyəcəyi, Orta Dəhliz (Middle Corridor) və Çin-Türkiyə-Avropa Birliyi dəhlizinin mühüm bir hissəsi olacağı nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ilin noyabr ayının 25-də Bakı Limanı, Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalayıblar. Saziş Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsini ihtiva edir.
Azvision.az
Teqlər: Bakı-Limanı