Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa başladı
Bildirilib ki, "Saudi Aramco" OPEC + ölkələrinin mayın 1-dən hasilatı azaltmaq barədə birgə razılığına uyğun olaraq vaxtından əvvəl razılaşmanı icra etməyə başlayıb. Beləliklə, "Saudi Aramco" hasilatı gündə təqribən 12 milyon bareldən 8.5 milyona qədər azaldır.
Küveyt, Əlcəzair, Nigeriya da daha əvvəl OPEC + sazişini erkən həyata keçirmək niyyətində olduqlarını bildirmişdilər.
Qeyd edək ki, OPEC + çərçivəsində ümumi azalma 9,7 milyon barel olmalıdır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Neft