KİV: Tramp Səhiyyə nazirini işdən çıxarır

KİV: Tramp Səhiyyə nazirini işdən çıxarır
  26 Aprel 2020    Oxunub:3052
ABŞ Prezidenti Donald Tramp Səhiyyə naziri Aleks Azarı vəzifəsindən azad edə bilər.
Azvision.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Bildirilir ki, Tramp Ağ evin koronavirusa qarşı lazımınca mübarizə aparmadığına dair ictimai rəyin formalaşması səbəbindən belə bir addım atmaq qərarına gəlib.

Məlumatda qeyd olunur ki, Trampın yaxın ətrafı da nazirin vəzifəsindən azad olunmasını dəstəkləyir. Ehtimallara əsasən, nazir koronavirus pandemiyası başa çatdıqdan sonra işdən çıxarılacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Tramp   Koronavirus   ABŞ  





Xəbər lenti