Kürdəmirdə maşın yanıb, bir nəfər ölüb

Kürdəmirdə maşın yanıb, bir nəfər ölüb
  26 Aprel 2020    Oxunub:3332
Kürdəmir rayonunun Xırdapay kəndində "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az



Teqlər: FHN   Maşın   Qəza  





Xəbər lenti