ABŞ-ın üç ştatında karantin qaydaları yumşaldıldı

 ABŞ-ın üç ştatında karantin qaydaları yumşaldıldı
  25 Aprel 2020    Oxunub:3382
ABŞ-ın Corcia, Oklahoma və Alyaska ştatlarında tətbiq olunan karantin məhdudiyyətləri yumşaldılıb.
Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, Corcia və Oklahoma ştatlarında bovlinq zalları, bərbərxanalar və SPA mərkəzlərinin açılmasına icaza verilib. Alyaskada isə restoran və pərakəndə satış məntəqələrində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

Hər üç ştatda açılan mağaza və restoranlara gedən müştərilərin sosial məsafə qaydasına əməl etmələri gözlənilir.

Qeyd edək ki, hökumət bazar ertəsindən etibarən Corciya ştatında kino zalları və restoranlara tətbiq olunan məhdudiyyətləri də aradan qaldırmağı planlaşdırır.

Kənan Məmmədov
Azvision.az



Teqlər:





Xəbər lenti