Rusiyada ağır qəza-8 ölü VİDEO

Rusiyada ağır qəza-8 ölü VİDEO
  05 Yanvar 2014    Oxunub:1045
Rusiyanın Penza vilayətində baş vermiş ağır qəzada 8 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb.

Rusiyanın Penza vilayətində bu gün baş vermiş ağır qəzada 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

AzVision.az LifeNews-a istinadən xəbər verir ki, ölənlərdən 6-sı hadisə yerindəcə keçinib, xəsarət alanlardan 2-si sonradan xəstəxanada ölüb.

Qəza nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, 8 nəfər tibbi müayinəyə göndərilib, 7 nəfərə isə hadisə yerində ambulator tibbi yardım göstərilib.

Qeyd edək ki, “VAZ 2110” markalı avtomobil, “Mercedes” markalı yük maşını və “PAZ” markalı sərnişin avtobusu “Ural” federal əhəmiyyətli magistral yolunda baş verib. Qəza nəticəsində 8 nəfər ölüb, avtobus və yük maşını yanıb.




Teqlər:  





Xəbər lenti