3 ayda 6362 mənzilə qaz verilib

3 ayda 6362 mənzilə qaz verilib
  24 Aprel 2020    Oxunub:2403
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, mart ayı ərzində 29 yaşayış binası üzrə 1 265 mənzil, 2020-ci ilin 3 ayı ərzində isə 139 yaşayış binası üzrə 6 362 mənzil təbii qazla təmin olunub.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti