İraqda antiterror əməliyyatları davam edir - VİDEO

İraqda antiterror əməliyyatları davam edir - VİDEO
  05 Yanvar 2014    Oxunub:1009
İraqda antiterror əməliyyatları zamanı səkkiz hərbçi həlak olub.
İraqın qərbindəki əl-Anbar əyalətində şənbə günü əl-Qaidə ilə əlaqəli qruplaşmanın yaraqlıları ilə döyüşlərdə səkkiz iraqlı hərbçi həlak olub. AzVision.az “euronews”a istinadən xəbər verir ki, ən qanlı döyüşlər əl-Fəlluca və Rəmadi şəhərlərin ətrafında baş verib, orada son həftələr ərzində İraqın silahlı qüvvələri tərəfindən terrorçulara qarşı anti-terror əməliyyatı keçirilib.

Bundan öncə KİV-in məlumatına görə, əl-Fəlluca şəhərini əl-Qaidə döyüşçüləri ələ keçiriblər.

Eyni zamanda, İraq hərbiçiləri şənbə günü bildiriblər ki, əl-Fəlluca və Rəmadi ətrafında döyüşlərdə təxminən 60 terrorçu məhv edilib.




Teqlər:





Xəbər lenti