Rapunzel "blokada"da - KARİKATURA

   Rapunzel "blokada"da -    KARİKATURA
  23 Aprel 2020    Oxunub:10545
AXCP sədri Əli Kərimlinin özü və tərəfdarları onun neçə müddətdir ki, təcrid vəziyyətində olduğunu deyir, “blokada”nın günlərini sayırlar. Halbuki, indi hamı sosial təcrid vəziyyətindədir.
Kərimlinin və tərəfdarlarının iddiasını gülməli edən budur ki, o, telefonla danışaraq, telefonunun kəsildiyini, status yazaraq, internetinin olmadığını deyir. Deyəsən, karantin müddəti AXCP sədrinə pis təsir edib və o, özünü Rapunzel obrazında görməyə başlayıb.

Yada salaq, məşhur nağılda və Disney studiyasının daha məşhur multfilmində Rapunzeli oğurlayan qadın onu hündür qüllənin başında saxlayır, çölə çıxmağa və heç kimlə görüşməyə qoymurdu. Qüllənin pilləkənləri də olmadığından, ora ancaq Rapunzelin uzun, sehirli saçlarının köməyilə çıxıb-düşmək olurdu. İndi Əli Kərimlinin iddiasına görə, o da eyni vəziyyətdədir. Maraqlıdır, görəsən, AXCP sədri karantin müddətində saçını hansı bərbərə qırxdırır?



Teqlər: Əli-Kərimli   Rapunzel   Təcrid  





Xəbər lenti