Hindistanda binanın uçması nəticəsində 14 nəfər ölüb

Hindistanda binanın uçması nəticəsində 14 nəfər ölüb
  05 Yanvar 2014    Oxunub:1128
Bu gün Hindistanın Qoa ştatının Kanakona şəhərində tikilməkdə olan binanın uçması nəticəsində 14 nəfər ölüb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə baş verən an binada 50-dək fəhlə olub.

Hadisə nəticəsində 13 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dağıntılar altında azı 10 nəfərin qaldığı ehtimal edilir.

Xilasetmə işlərinə həmçinin ordu qüvvələri cəlb olunub. Xilasetmə əməliyyatının səhərədək davam edəcəyi gözlənilir.

Tikintiyə cavabdeh olan şəxslər artıq məsuliyyətə cəlb olunub.


Teqlər:





Xəbər lenti