Təhqiramiz statusa görə 80 qamçı yedi

Təhqiramiz statusa görə 80 qamçı yedi
  05 Yanvar 2014    Oxunub:4792
Səudiyyə Ərəbistanda yaşayan kişi tvitter sosial şəbəkəsində yazdığı statusa görə, 3 ay azadlıqdan məhrum edilmə və 80 qamçı cəzası alıb. AzVision.az musavat.com-a istinadən xəbər verir ki, ölkə mediasında yayılan məlumatlara görə, adı açıqlanmayan şəxs Şəms adlı müğənnini əxlaqsızlıqda günahlandırıb.

Ərəb qanunlarına görə, əlində fakt olmadan bir qadına əxlaqsızlıq demək ən böyük günahlardan biridir. Müğənninin məhkəməyə verdiyi adam onu təhqir etdiyi üçün 3 ay azadlıqdan məhrum edilib. Bununla bərabər ona 80 qamçı vurulacaq.


Teqlər:





Xəbər lenti