Pakistanda 11 nəfər silahlı hücumların qurbanı olub

Pakistanda 11 nəfər silahlı hücumların qurbanı olub
  05 Yanvar 2014    Oxunub:989
Bu gün Pakistanın Karaçi şəhərində baş vermiş silahlı hücumlar nəticəsində 11 nəfər ölüb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərin cənub-şərqində naməlum silahlı şəxs avtomobilə atəş açıb, nəticədə 3 nəfər ölüb. Daha 2 nəfər şəhərin şimalında yerləşən bazarın ərazisində qətlə yetirilib. Öldürülənlər şəxslərin siyasi partiyalardan birinin üzvü olduğu müəyyənləşdirilib.

Bundan başqa, şəhərin Şimali Nazimabad rayonunda motosikletlərdə hərəkət edən bir qrup silahlı şəxs polis əməkdaşına hücum edib. Aldığı ağır güllə yaralarından asayiş keşikçisi hadisə yerində keçinib.

Şəhərin başqa rayonlarında törədilmiş silahlı hücumlar nəticəsində biri qadın olmaqla daha 4 nəfər öldürülüb.

Bundan əlavə, naməlum şəxslər ilahiyyət seminariyasının 2 tələbəsini qətlə yetirib. Bu insident yerli sakinlərin qəzəbinə səbəb olub, şəhərin küçələrində etiraz aksiyaları keçirilib. Etirazçılar hücum edən şəxslərin saxlanılmasını tələb ediblər.


Teqlər:





Xəbər lenti