Gömrük rəhbərlərinin iştirakı ilə videokonfrans keçirildi
Videokonfrans koronavirus (Covid 19) pandemiyasının davam etdiyini nəzərə alaraq yaranmış mövcud şəraiti qiymətləndirmək, Ümumdünya Gömrük Təşkilatının işinin davam etdirməsinə imkan verəcək alternativ mexanizmləri öyrənmək məqsədilə keçirilib.
Konfransda əsasən ÜGT-nin gələcək tədbirlərinin təşkili ilə bağlı məsələlər müzakirə edilib, Siyasi Komissiyanın 2020-ci ilin iyun ayında keçiriləcək sessiyalarının 2020-ci ilin dekabr ayınadək təxirə salındığı bildirilib.
Həmçinin, videokonfrans zamanı koronavirus (Covid 19) pandemiyası səbəbindən təxirə salınan ÜGT-nin iclasları üçün təklif olunan mexanizmlər, bu iclaslarda müzakirə olunacaq mövzular barəsində fikir mübadiləsi aparılıb.
Azvision.az