Kabilin mərkəzində güclü partlayış baş verib

Kabilin mərkəzində güclü partlayış baş verib
  05 Yanvar 2014    Oxunub:1074
Əfqanıstanın paytaxtı Kabil şəhərininin mərkəzində bir sıra dövlətlərin diplomatik nümayəndəlikləri yerləşən yerdə şənbə günü güclü partlayış baş verib. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Təxminən eyni zamanda yaraqlılar Kabilin ətrafındakı hərbi bazanın yanındakı ordu karvanına hücum ediblər, bu barədə təhlükəsizlik xidmətinin nümayəndələri bildiriblər.

Əfqanıstandakı Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin (ISAF) komandanlığı hadisə yerinə öz dəstəsini göndərib.


Teqlər:





Xəbər lenti