Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb
Qeyd edək ki, "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında" Azərbaycan Respublikasınının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə aprel çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.
Əlavə olaraq bildiririk ki, çağırışçıların hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda aidiyyəti üzrə gəlmələri zəruridir.
Azvision.az
Teqlər: Hərbi-xidmət Çağırış