Hacıqabul polisi 20-yə yaxın ailəyə yardım etdi

Hacıqabul polisi 20-yə yaxın ailəyə yardım etdi
  22 Aprel 2020    Oxunub:2334
Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı vaxtaşırı olaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə mütəmadi olaraq yardım tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 20-yə yaxın ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər.



Eyni zamanda polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti