Həyətində narkotik əkən şəxs saxlanıldı

Həyətində narkotik əkən şəxs saxlanıldı
  22 Aprel 2020    Oxunub:2791
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Kürdəmiş kəndində narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxs saxlanılıb.

Kənd sakini Orxan Kərimova məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 19 ədəd çətənə bitkisinin şitillləri aşkar edilərək maddi sübut kimi götürülüb. O.Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti