Bir ailənin iki üzvünü qətlə yetirdi

Bir ailənin iki üzvünü qətlə yetirdi
  04 Yanvar 2014    Oxunub:1134
Münaqişə zəminində bir ailənin iki üzvünü qətlə yetirən şəxs tutuldu.
Abşeron rayonunun Novxanı kəndində yaşayan Hacıqabul rayon sakini Bayram Həsənov münaqişə zəminində odlu silahdan atəş açaraq həmyerlisi Nəzər Hüseynovu və onun həyat yoldaşını qətlə yetirib. Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən B.Həsənov yaxalanmış və ondan müvafiq sənədləri olmayan lüləsi kəsilmiş ov tüfəngi götürülüb.

Ağcabədi rayonu sakini Rza Fətullayev münaqişə zəminində Avşar kənd sakinləri Cəsarət Əkbərova və Pərviz Əlizadəyə bıçaqla xəsarət yetirib. Hadisəni törədən R.Fətullayev rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Binəqədi rayonunun Ə.Rəcəbli küçəsində naməlum şəxs odlu silahla paytaxt sakini Elnur Mustafayevi qətlə yetirib. Cinayətkarın yaxalanması istiqamətində rayon polis idarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, hər üç faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti