Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  18 Aprel 2020    Oxunub:2035
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə rayonun Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Belə ki, rayon sakini Ağarəhim İbrahimov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən 1957-ci il təvəllüdlü Mirvari Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aprılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti