Regionlara qar yağıb - Faktiki hava

 Regionlara qar yağıb -   Faktiki hava
  14 Aprel 2020    Oxunub:3252
Aprelin 14-ü gündüzədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin Lənkəran, Astara, Şamaxı, Mərəzədə yağış, Yardımlı və Lerikin dağlıq ərazilərində isə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 3 mm, Astara, Şamaxıda 2 mm, Mərəzədə 0.6 mm, Yardımlıda 0.4 mm olub.

Şamaxı, Beyləqan, Lerik, Qrızda duman müşahidə edilib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15, aran rayonlarında 13-17, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan MR-da 7-16 dərəcə isti, havanın minimal temperaturu isə yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta təşkil edib.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti