Koronavirusdan ölənlərin sayı 120 minə çatır - 10 ölkənin statistikası

Koronavirusdan ölənlərin sayı 120 minə çatır -  10 ölkənin statistikası
  14 Aprel 2020    Oxunub:3649
Bu günədək dünyada 1 milyon 925 min 853 nəfər yeni növ koronavirusa yoluxub. Virusa yoluxmuş 119 min 719 xəstə ölüb, 452 min 333 nəfər sağalıb.
Azvision.az Worldometers.info-ya istinadən xəbər verir ki, yerdə qalan 1 milyon 353 min 801 nəfərdən 1 milyon 302 min 642-nin vəziyyəti qənaətbəxş hesab olunur. 51 min 159 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Koronavirusa dünyanın 210 ölkəsində rast gəlinib.

Virusa ən çox yoxulma faktı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 587 min 173 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 23 min 644 nəfəri ölüb. Son 12 saat ərzində 232 yeni yoluxma, 4 ölüm qeydə alınıb.

İkinci yerdə gələn İspaniyada 170 min 99 yoluxma baş verib. Xəstələrdən 17 min 756 nəfəri vəfat edib.

Üçüncü yerdə İtaliyadır. Bu ölkədə 159 min 516 nəfər virusa yoluxub. Onlardan 20 min 465 nəfəri dünyasını dəyişib. Yeni yoluxma və ölümə rast gəlinməyib.

Dördüncü yerdə qərarlaşan Fransada 136 min 779 nəfər koronavirusa yoluxub, 14 min 967 nəfər ölüb.

Siyahıda beşinci sırada olan Almaniyada isə 130 min 72 nəfər virusa yoluxub, onlardan 3 min 194 nəfəri ölüb.

Altıncı sırada yer alan İngiltərədə 88 min 621 nəfər virusa yoluxub, 11 min 329 nəfər dünyasını dəyişib.

Yeddinci sırada Çin gəlir. Çində 82 min 249 nəfər koronavirusa yoluxmuş şəxs qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3 min 341 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 89 nəfər olub. Hesabat saatında dünyasını dəyişən olmayıb.

Səkkizinci sırada yer alan İranda 73 min 303 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 4 min 585 nəfər ölüb.

Türkiyə 61 min 49 nəfər koronavirusa yoluxma ilə doqquzuncu pillədədir. Bu ölkədə 1296 nəfər pandemiyanın qurbanı olub.

Siyahıda onuncu yerə çıxan Belçikada 30 min 589 nəfər koronavirusa yoluxub. 3 min 903 daşıyıcı dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti