Avtomobillərin icbari sığorta şəhadətnamələri onlayn verilir

Avtomobillərin icbari sığorta şəhadətnamələri onlayn verilir
  12 Aprel 2020    Oxunub:3192
Nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir. Bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur.
Mərkəzi Bankdan Azvision.az -a verilən məlumata görə, Dövlət Yol Polisi İdarəsinin COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş icbari sığorta müqavilələrinə aid deyil.

"Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq. Müvafiq qaydada cərimə tədbiq olunacaq. Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır",-deyə məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: Avtomobil   Sığorta  





Xəbər lenti