“Xlorokin” fransızları koronavirusdan xilas edir

 “Xlorokin” fransızları koronavirusdan xilas edir
  11 Aprel 2020    Oxunub:2668
"Fransada yeni növ koronavirusun (COVİD-19) müalicəsində istifadə olunan "Xlorokin" dərmanı xəstələrin 91.7 faizini 10 gün ərzində sağaldıb".
Azvision.az xəbər verir ki, bunu Aralıq dənizi İnfeksion Xəstəliklər İnstitutunun direktoru, professor Didier Raoult deyib.

Onun sözlərinə görə, virusa yoluxan 1061 nəfər "Xlorokin"lə müalicə olunub. Onlardan 91.7 faizi 10 gün ərzində sağalıb. 74-95 yaşlı xəstələrdən cəmi 0.5 faizi vəfat edib.

Qeyd edək ki, ölkədə COVİD-19-un müalicəsində "Xlorokin"dən istifadəni tövsiyə edən həkim aprelin 9-da Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Fransa Prezidentinin "Xlorokin"lə müalicəyə icazə verməsindən sonra dərmanın ixracı qadağan olunub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti