Ermənistanda 977 nəfər koronavirusa yoluxub

 Ermənistanda 977 nəfər koronavirusa yoluxub
  11 Aprel 2020    Oxunub:2932
Ermənistanda daha 11 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 977 nəfərə çatıb. Hazırda xəstəxanalarda 750 nəfər müalicə alır. İndiyədək 13 nəfər pandemiyadan ölüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti