Keçmiş məhkumdan "beşbarmaq" götürüldü

Keçmiş məhkumdan "beşbarmaq" götürüldü
  11 Aprel 2020    Oxunub:2333
Keçmiş məhkum yenidən həbsxanaya qayıdır.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Əlahiddə Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Mahmudovun idarə etdiyi “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd "beşbarmaq" və 1 ədəd bıçaq, sərnişini S.Mayılovdan isə narkotik vasitə olan politetilen aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Bakı   Polis  





Xəbər lenti