Lənkəran və Qaxda ev yandı

Lənkəran və Qaxda ev yandı
  10 Aprel 2020    Oxunub:2330
Lənkəran şəhərinin Zövlə kəndində ümumi sahəsi 192 m2 olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa Qax rayonunun Zəyəm kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti