“COVID-19-dan ölüm qripdən 10 dəfə çoxdur” - ÜST rəhbəri

 “COVID-19-dan ölüm qripdən 10 dəfə çoxdur” -    ÜST rəhbəri
  10 Aprel 2020    Oxunub:3125
Yeni növ koronavirusdan (COVID-19) ölüm nisbəti qriplə müqayisədə 10 dəfə çoxdur.

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədəki qərargahda diplomatik nümayəndəlik rəhbərləri ilə görüşündə deyib.
Qebreyesus Çində COVID-19 barədə ilk məlumatın verilməsindən 100 gün keçdiyini xatırladıb. O bildirib ki, virusun dünya miqyasında yayılması səbəbi ilə ölkələrin səhiyyə sistemlərinin üzərinə həddindən artıq yük düşüb və dünya iqtisadiyyatı bundan zərər çəkir.

Aytən Zəhra
Azvision.az



Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti