Erməni fizik koronavirusdan ölüb

   Erməni fizik koronavirusdan ölüb
  07 Aprel 2020    Oxunub:2837
Erməni fizik Mişik Kazaryan Moskvada koronavirusa yoluxmadan ölüb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, o, həkim-epidemioloq olan həyat yoldaşı Arpik Asratyanla birlikdə martın sonunda xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, M.Kazaryan 1980-ci ildə SSRİ Dövlət Mükafatını alıb. O, son günlərə qədər Lebedev adına Fizika İnstitutunda çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Erməni   Fizik  





Xəbər lenti