ABŞ-ın yardımı üç təşkilat arasında bölünəcək
Bunlar Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-in Uşaq Fondu (UNICEF), və Beynəlxalq Qızıl Xac və Qızıl Ayrapa Cəmiyyətləri Federasiyasıdır (IFRC).
Diplomatik nümayəndəlikdən bildirilib ki, adı cəkilən hər bir təşkilat Azərbaycan hökumətilə tərəfdaşlıq edərək COVID-19 virusunun yayılmasının qarşısının alınması və xəstəliyin fəsadlarının azaldılması üçün göstərilən birgə səylərə öz töhfəsini verəcək.
Üç təşkilata verilən vəsait Azərbaycanın milli laboratoriyalarının, əsaslı nəzarət və təxirəsalınmaz cavab sisteminin gücləndirilməsi, infeksiyanın qarşısının alınması və nəzarəti sahəsində fəaliyyətin artırılması, səhiyyə işçilərinin imkanlarının gücləndirilməsi, habelə ictimaiyyətə virus və onun yayılmasının qarşısının alınması barədə məlumatların çatdırılması kimi fəaliyyətlərə yönəldiləcək.
"Bu gün Amerika xalqının adından Azərbaycan xalqına və hökumətinə təklif etdiyimiz bu dəstək bizim həmrəyliymizin və öhdəliyimizin əlamətidir. Birlikdə biz COVID-19 virusuna qalib gələ bilərik”, - ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bəyan edib.
Azvision.az