Ağcabədidə nişanı qayıdan qızın əmisi oğlu qan töküb

Ağcabədidə nişanı qayıdan qızın əmisi oğlu qan töküb
  31 Dekabr 2013    Oxunub:3054
Ağcabədi rayonunun Avşar kəndində nişanı qayıdan qızın əmisi oğlu qan töküb.
AzVision.az SalamNews-a istinadən xəbər verir ki, hadisə qonşular arasında yaranıb. Belə ki, Vüsal Qarayev bir müddət əvvəl qapı bir qonşusu ilə nişanlansa da o üzüyü qaytarıb. Bundan əsəbləşən qızın əmisi oğlu Anar Baxşəliyev oğlan evinə gələrək oğlanla və ailəsi ilə mübahisə edib. Mübahisə zamanı 30 yaşlı A.Baxşəliyev makar tipli tapançadan bir neçə dəfə atəş açaraq oğlanı vurmaq istəyib. Ancaq güllə oğlana yox, onun əmisi Zahid Qarayevə dəyib. Qarın nahiyyəsindən bir güllə yarası alan 53 yaşlı Zahid Qarayev Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Polis 30 yaşlı A.Baxşəliyevi saxlayıb. Hadisə zamanı istifadə olunan silah da götürülüb. Hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.


Teqlər:





Xəbər lenti