Bakı-Sumqayıt yolunda tıxac

Bakı-Sumqayıt yolunda tıxac
  30 Dekabr 2013    Oxunub:1437
Bakının əsas yollarında tıxac yaranıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar bölgələrə gedənlərin çox olması səbəbindən Moskva prospekti və Bakı-Sumqayıt şosesində şəhərdən çıxış istiqamətində tıxac yaranıb.

Sürücülərə qeyd olunan istiqamətdə mümkün qədər az hərəkət etmələri xahiş olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti